“Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”.
“Yenigundem” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Yerevanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Trüdo region xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların sülh yolu ilə aparılması və dinc yolla tənzimləmənin vacibliyini vurğulayıb.