Koronavirusun onlayn statistikası

Kəlbəcərdə polis binası təmir edilib, avtopatrula “pikap”lar verilib – Fotobackend

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar. Rayonda yerləşdirilmiş şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.

DİN rəhbərliyinin göstərişinə əsasən polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb. Bundan başqa ərazinin çətin relyefi nəzərə alınaraq, post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.

Polis Şöbəsinin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

image-screenshot_2 image-screenshot_3 image-screenshot_4

Reklam_ADS_sol

Reklam_ADS_sag