Nazir məktəblərin açılacağı tarixi AÇIQLADIbackend

Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağ tarix açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, növbəti tədris ilində Azərbaycan təhsili əyani, ənənəvi təhsil formasına qayıdır: “Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan orta siniflər və 5-11-ci siniflər ənənəvi təhsilə qayıdır”.