Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Artak Davtyan Hərbi Sənaye Komitəsinə rəhbər gətirilib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan hökumətinin rəsmi saytında yer alıb.
Qeyd edək ki, Davtyan iyunun əvvəlində vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad edilməyinə səbəb oğlu üçün koronavirus dönəmində təşkil etdiyi toy mərasimi olmuşdu.
Onun yerinə birinci müavini Onik Qasparyan təyin edilmişdi.