Pia.az saytı 10 yaşını qeyd edirbackend
“Poliqon” İnformasiya Agentliyi 10 yaşını qeyd edir.
“Yeni Gundem” xəbər verir ki, pia.az saytı 2009-cu il 7 iyul tarixində yaradılıb.
Saytın təsisçisi mərhum jurnalist Şahin Ağabəyli olub.
Hazırda saytın baş redaktoru Azər Qaramanlıdır. O saytın yubileyi haqda deyib: “Bütün mətbu orqanlar kimi biz də yol qət eləmişik. Pia.az Azərbayanda yaranan ilk saytlardan biri olub. Saytdan əvvəl “Milli yol” qəzeti kimi fəaliyyət göstərmişik. Bu illər ərzində daha çox oxucularımızın ictimai, siyasi, sosial mövzularda marağını təmin etməyə çalışmışıq. Lakin heç vaxt reytinq arxasınca qaçmağa cəhd etməmişik. Reklam arxasınca qaçmamışıq. Təmkinlə öz işimizi görmüşük. Çalışmışıq problemi olan, ədalətsizliyə məruz qalan insanların səsini çatdıraq. Bir media orqanı olaraq, nə qədər uğurlu, yaxud da uğursuz fəaliyyət göstərdiyimizə oxucular qiymət verə bilər. Mətbuatdakı mövcud rəqabət şəraitində yaşaya bilməyimiz onu göstərir ki, doğru yol tutmuşuq”.
“Yeni Gundem” olaraq həmkarlarımızı təbrik edirik.