Press.az saytının 3 yaşı tamam olurbackend

Bu gün Press.Az xəbər portalının fəaliyyətə başlamasından 3 il ötür.

Bizim əsas məqsədimiz vətəndaşlarımıza bütün dünyadan, ən əsası isə Azərbaycandan ən dəqiq məlumatları çatdırmaqdır.

Portalda siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələr operativ şəkildə işıqlandırılıb. Bu da işini uğurla davam etdirməkdən irəli gəlir.

Gün ərzində sayta 100-dən çox vacib xəbərlər əlavə edilir ki, bunlar müxtəlif sahələri əhatə edir.

Xəbər saytımızın “İnstagram” -da 90 mindən artıq izləyicisi olan səhifəsi, “Facebook” da isə 30 mindən artıq insanların izlədiyi səhifələri mövcuddur.

Press.az daima mədəniyyətli, şou xəbərlərdən uzaq, insanları maraqlandıran xəbərlər dərc etməkdə davam edir.

Onuda qeyd edək ki, Press.az saytı MMC kimi fəaliyyət göstərərək vergi və sosial ödənişləri vaxtı-vaxtında ödəyir. Əlbətdə ki, sizlər olmasanız, xəbər saytımızda olmazdı.

“Gündəm Media Group”un kollektivi adından həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzu edirik.