Prezidentlər və xanımları Füzulinin yeni sakinləri ilə görüşdülərbackend

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.