Priqojinin təyyarə qəzasında öldüyü təsdiqləndi – YENİLƏNDİ – 2backend

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

Siyahıda Yevgeni Priqojin və Dmitri Utkinin də adları yer alır.

Bildirilib ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub./APA

***

00:17

 

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, göyərtəsində Yevgeni Priqojinin olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı yerdə xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

Bu barədə TASS-a Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

“Yeddi nəfərin cəsədi çıxarılıb”, – deyə xidmətdən bildirilib./APA

***

2023-08-23 21:11

Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Baza teleqram kanalının məlumatına görə, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub. Rosavianın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub./APA