Rusiyada fövqəladə vəziyyət elan edildibackend

Rusiyanın beş bölgəsində fövqəladə vəziyyət elan edilib.

“Yeni Gundem”in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbbi Sərvətlər naziri Dmitri Kobılkin bildirib.

Nazirin sözlərinə görə, ən çətin vəziyyət İrkutsk vilayəti, Krasnoyarsk ərazisi, Saxa Respublikası (Yakutiya) və Buryatiyada müşahidə olunur.

O qeyd edib ki, hazırda yanğın sahəsi 2,7 milyon hektar ərazini əhatə edir.

D. Kobılkin hələ ki, insanlar üçün təhlükəli vəziyyət yaranmadığını, lakin buna baxmayaraq proqnoz verməyin çətin olduğunu da sözlərinə əlavə edib.

 

Yeni Gundem.Az