Rusiyanın Krasnodarsk əyalətində leysan yağışları insan tələfatı ilə nəticələnib.
“Yenigundem” Rusiya KİV-nə istinadən xəbər verir ki, leysan yağışları səbəbindən iki nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Bir nəfərin taleyindən isə xəbər yoxdur.
Altı min insanın yaşadığı 3 rayonda 1,7 min evi su basıb. Hökumət 380-dən çox sakini evakuasiya edib. Əlverişsiz hava şəraiti qatarların hərəkətinə də təsir edib. 18 sərnişin qatarı gecikir.
Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib.
Video Rusiyanın liman şəhəri olan Tuapsedən çəkilib:
Video Rusiyanın liman şəhəri olan Tuapsedən çəkilib: