Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu gün keçirilən növbədənkənar parlament seçkilərində ilk dəfədən səs verə bilməyib.
“Qafqazinfo”nun erməni KİV-nə istinadən xəbərinə görə, identifikasiya cihazı eks-prezidentin barmaq izlərini tanımayıb.
Eyni problemlə onun həyat yoldaşı Rita Sarkisyan da üzləşib. Onlar yalnız ikinci cəhddən sonra səs verə biliblər.