Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə yeni müavin təyin olunub.
“Yeni Gundem” xəbər verir ki, bu barədə QMİ-də Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən iclasda qərar verilib. Bu vəzifəyə Bəxtiyar Nəcəfov gətirilib.
B.Nəcəfovun bundan əvvəl də QMİ-də çalışdığı bildirilir.
Bu təyinatla QMİ sədrinin müavinlərinin sayı 6-ya çatıb.
Bununla yanaşı, iclasda QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib.
Şuraya 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib.