Sürixdə keçirilən Kimya Olimpiadasında ruslar dörd medal qazanıblarbackend

İyulun 16-dan 25-dək Sürixdə keçirilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında rusiyalı orta məktəb şagirdləri üç qızıl və bir gümüş medal qazanıblar.

“Yeni Gundem” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya milli komandasının dörd iştirakçısının mükafatlar aldı.

Qızıl medalları Nikita Perov (11-ci sinif, Tatarıstan Respublikası), Sergey Roslyakov (11-ci sinif, Moskva) və Vadim Xarisov (10-cu sinif, Başqırdıstan Respublikası), gümüş medalı isə Aleksey Mixeyev (10-cu sinif, Altay diyarı) qazanıblar.