Tanınmış aktrisa bu şəklinə görə işdən qovuldubackend

TRT üçün serialları hazırlayan “Aklı Film” yeni mövsümdə “Alparslan Böyük Səlcuqlu” serialının qalan 2 seriyasından sonra “Selahattin Eyyubi” serialını çəkəcək.

“Yeni Gundem” olay-a istinadən xəbər verir ki, serial Pakistanın prodüser şirkəti ilə birgə istehsal ediləcək.

Ekran işində “Selahattin Eyyubi” obrazı üçün Uğur Güneşlə razılığa gəlinib. “Süreyya” rolu isə Leyla Tanlara həvalə edilib.

Lakin, L.Tanlar “İnstagram”da paylaşdığı bikinili fotolarına görə serialın aktyor heyətində uzaqlaşdırılıb.

Aktrisa sözügedən fotoları bir müddət sonra hesabından silsə də, artıq sosial şəbəkələrdə geniş yayılmışdı.