Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMAbackend

“Virtual məktəb” layihəsində iştirak etməmək dərs proqramından geri qalmaq anlamına gəlməməlidir.

“Yeni Gündəm” trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, bəzən valideynlər hansısa səbəblər üzündən övladlarının “virtual məktəb” layihəsində iştirak edə bilmədiklərini deyirlər:

“Mən müəllimlərə, şagirdlərə və valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, “Virtual məktəb” portalı teledərslərə yardımçı vasitədir. Bu gün şagirdlərin proqramdan geri qalmaması üçün onların tədris proqramına müvafiq olaraq “Dərs vaxtı” proqramı çərçivəsində teledərslər keçirilir. Bu teledərslər şagirdlər üçün yetərlidir. Düzdür, “Virtual məktəb” layihəsində iştirak etmək şagirdlər üçün müsbət haldır. Amma orada iştirak edə bilməmək də dərs proqramından geri qalmaq mənasına gəlmir”.