Ukraynalı həkim əlləri düzgün yumağın yolunu göstərdi (VİDEO)backend
Koronavirus pandemiyası zamanı əlləri diqqətlə yumaq çox böyük əhəmiyyətə malikdir.
 
“Yeni Gündəm” xəbər verir ki, bu haqda tanınmış həkim Yevgeni Komarovski və epidemioloq Andrey Aleksandrin bir daha xatıladıblar.
Onlar sabun və bir təmizləyici vasitə istifadə edərkən mümkün səhvləri göstərən vizual bir eksperiment apardıqları video hazırlayıblar.
Komarovski ağ əlcək geyindiyi əllərini təmizləyərkən bəzi yerlərdə virusların qala biləcəyi ləkələr buraxıb. Onlar bu eksperimenti əlcəyə qara krem yaxaraq aparıblar. Ağ qalan yerlər (burada biləklər) təmizlənməmiş yer hesab olunub.
Aleksandrin əllərin təmizlənməsində təlimatın vacibliyini qeyd edib və vurğulayıb ki, burada əsas şey “paltarın batacağını” düşünməməkdir.
“Əllərinizi sabunla yuyarkən və ya spirtli antiseptiklə təmizləyərkən biləklərinizi sabunlamağınız da çox vacibdir”, – epidemioloq deyib.