Azərbaycanın məşhur Xalq artisti infarkt oldu – Heç kimi tanımır – FOTObackend

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Ölkə.az”-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

” Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.