AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıbbackend

Tükiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusilə Avropa İttifaqının proqramlarında birgə iştirak, qida mühəndisliyi və energetika sahələrində tələbə hazırlığı və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.