Bakıda azyaşlı uşaq avtomobili dərəyə aşırdı – VİDEObackend

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qəza baş verib.

“Toyota Prado” markalı minik avtomobili dərəyə aşıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.

Azyaşlının sağlıq durumu normaldır.

APA