Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videobackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

TƏBİB-dən “Yeni Gündəm”-ə daxil olan açıqlamada deyilir: “Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Əməkdar artist Mərkəzi Gömrük Hospitalında koronavirus infeksiyasından müalicə alır.