Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdubackend

Dünən saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.