Ermənistan silkələndibackend

Yanvarın 18-də Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 16 km məsafədə 4,1 bal gücündə zəlzələ baş verib.

“Yeni Gündem” xəbər verir ki, bu barədə  Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Seysmoloqların bildirdiyinə görə, təkanlar Bakı vaxtı ilə saat 03: 30-da qeydə alınıb.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə informasiya yoxdur.