Gəncədə bu gün 32 nəfər koronaya yoluxub – AÇIQLAMAbackend

Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi müsbət nəticələr onu göstərir ki, karantinlə bağlı bəzi yumşalmalara getməyin vaxtıdır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V.Əliyev deyib ki, əhali sıxlığının az olduğu bəzi bölgələrdə yumşalmalar edilib:

“Karantin ona görə mərhələli şəkildə yumşaldılır ki, hər an yeni bir dalğa ola bilər. Biz çağırış edirik ki, vətəndaşlar sosial izolyasiya tədbirlərinə ciddi əməl etsinlər. Qaydalara əməl edilməsə, yoluxmalar təkrar arta bilər. Ümumi götürəndə pozitiv nəticələr var, müsbət tendensiya gedir. Amma bu gün 52 yoluxma faktı var. Narahat doğuran məqam ondan ibarətdir ki, yoluxan 52 nəfərin 32-si Gəncə şəhərində təsdiq olunub. Bu, onu göstərir ki, pozitiv nəticə əldə etdiyimiz bir vaxtda, Gəncədə insanlar qaydalara əməl etmir.

Vətəndaşların toplu şəkildə hərəkət etməsinin nəticəsidir ki, Gəncədə bu qədər yoluxma qeydə alınıb. Bu artmağa doğru da istiqamətlənə bilər”.