Gürcüstanda koronavirusa 8 455 yeni yoluxma qeydə alınıb, 41 nəfər ölübbackend
Gürcüstanda ötən sutka ərzində koronavirusa 8 455 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 18 206 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 584 454 nəfərdə aşkarlanıb. Onların 1 447 969-u sağalıb, 16 022-si isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 120 437 təşkil edir.