Koronavirusun onlayn statistikası

Kartof şirəsinin İNANILMAZ FAYDALARIbackend

Kartof şirəsinin inanılmaz faydaları açıqlanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, rusiyalı dietoloq Marqarita Koroleva “Sputnik” radiosuna açıqlamasında bildirib ki, kartof gözəlliyi və sağlamlığı qorumağa kömək edir:

“Bitki özündə fosfor, maqnezium, vitaminlər və faydalı liflər ehtiva edir. Çiy kartof xalq təbabətində yaranın müalicəsində istifadə olunur, məsələn yanıqdan sonra orqanizmi gəncləşdirmək məqsədilə ondan yararlanırlar. Çünki tərkibində antioksidantlar var. Çiy kartof suyu bağırsaqların fəaliyyətini normallaşdırır, mədə şirəsinin turşuluğunu azaldır. Eyni zamanda həzm sisteminin müalicəsində effektivdir. Kartof suyunun düzgün saxlanılması mütləqdir. Bitkinin hansı torpaqda əkildiyi və suvarılma üsulu da əhəmiyyət kəsb edir. Tərkibindəki nitrat təhlükəli olmasa da, uzun müddət saxlanıldıqda kanserogen təsir göstərə bilər. Bu baxımdan onun 5 dərəcəyədək temperaturda saxlanılması tövsiyə olunur”.

Reklam_ADS_sol

Reklam_ADS_sag