Həkimlər müntəzəm olaraq belində, mədəsində, qarın nahiyəsində sancı, ağrısı, qəbizliyi olan kişiləri xəbərdar ediblər.
Bu simptomları mədə, bel ağrısı kimi qəbul edib, iqnor etmək olmaz.
Çünki 40-50 yaşdan sonrakı kişilərdə bu simptomlar kişilərdə ən çox rast gəlinən prostat xərçənginin başlanğıc əlaməti ola bilər.
Adətən prostat şişi ilk başda heç bir əlamət vermir, ancaq o böyük ölçüyə çatandan sonra sidik borusu və axarlarına təzyiq edir.
Bu şiş prostat vəzin hüceyrələrində dəyişikliklərlə başlayır və çox ləng inkişaf edir. Ona görə diaqnoz qoyulana kimi 2-3 il keçir.
Prostat xərçəngi ilk öncə düz bağırsağa yayılır, ona görə də kişidə qəbizlik, bağırsaq ağrısı, hemorroya bənzər şikayətlər, nəcisdə qan görülə bilər.
Ona görə kişilər bu simptomlar zamanı prostatı yoxlatmalıdır:
– tez-tez sidiyə getmə
– sidiyə ağrılı, az, çətin getmək
– Sidik, sperm və nəcisdə qan
– Qarın ağrısı
– Bel ağrısı
– mədəyə doğru yayılan ağrı
Əgər prostat xərçəngi tez, vaxtında aşkar olunarsa, müalicəsi asandır. Xəstələrdə sağalma şansı var.