“Mümkünsüz görünür” – Azərbaycanlı həkim koronavirusdan danışdıbackend

“Mən belə gözləmirdim, bu qədər çox ağır xəstə olacağını təsəvvür etmirdim. Reanimasiya tam dolu vəziyyətdədir. Xəstənin sayı-hesabı yoxdu. Hamısı da çox ağır… Orta ağırlıqda xəstə reanimasiyada görmədim. Həkimlər və tibb bacıları özünü təhlükəyə atmağa məcburdur. Başqa yol yoxdur”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Bakıda koronaviruslu xəstələrin müalicəsilə məşğlul olan reanimasiya həkimi Şahin Məmmədov bildirib. O, xəstəxanalardakı vəziyyəti belə təsvir edib: “Xəstələri tez-tez pron vəziyyətə keçiririk, hamisı da artıq çəkili, ödemli. İntubasiya edirik, aparatı xəstəyə uyğunlaşdırırıq, trupka tez tez “otsoslanır”, ya trupkası dəyişdirilir, xəstələrin maskaları bərkidilir, onların üzünə uyğunlaşdırılır, arterial qan qazları götürürük, mərkəzi venoz təzyiqi ölçürük, kateterler, zondlar, mərkəzi vena kateterizasiyasi və s. Bu cür ağır fiziki işləməkdən basqa hələ hər xəstənin su, duz, turşu, qələvi müvazinətini, qidalanmasını, əlavə xəstəliklərin yaratdığı problemləri tənzimləməyə çalışrıq. Yəni fiziki yorğunluğa baxmayaraq beyin işlətməliyik. Hələ özümüzü qorumağa da çalışmalıyıq, hansı ki, açıq desəm, mümkünsüz görünür”.

Ş.Məmmədovun sözlərinə görə, tibbi xidmətin daha keyfiyyətli olması üçün TƏBİB həkim və tibb bacılarının iş saatını 8 saatdan 4 saata endirməlidir: “Bunun üçün çoxsaylı reanimatoloq və reanimasion tibb bacısı lazımdır, onların könüllü qoşulmasına necəsə nail olunmalıdır. Bizim xəstələrə ordan-burdan gələn xarici həkimlər çətin can yandıra, həyatlarını təhlükəyə ata”.

Ş.Məmmədov hələ koronavirusa yoluxmayanlara da müraciət edib: “Sizin bura xəstə kimi düşməməyiniz üçün hələ də şansınız var. Özünüzü qoruyun. Elə-belə demirəm bu sözü. Ciddi qoruyun. Maskadan başqa, hətta üz sipəri, əlcək geyinin. Bura duşsəniz, ciddi yanaşmadığınız üçün dəqiq peşman olacaqsınız, amma gec olacaq”.