Ramin Bayramlı və Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vurulubbackend

Ötən gün səhiyyə naziri Oqtay Şirəliyev “COVID-19” əleyhinə yenidən peyvənd olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirə 28 gündən sonra “CoronaVac” vaksininin ikinci dozası vurulub.

Dünən həmçinin, TƏBİB sədri Ramin Bayramlıya da koronavirus əleyhinə vaksinin ikinci dozası tətbiq edilib. TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, vaksinasiya xəstəxanaların birində həyata keçirilib və R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.

Xatırladaq ki, hər iki səhiyyə rəsmisinə koronavirus əleyhinə peyvəndin ilk dozası yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurulmuşdu.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda “COVID-19” virusuna qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər peyvəndlənir. Sabahdan isə yaşı 50 və daha yuxarı olan şəxslər peyvəndlənmə üçün müraciət edə biləcəklər.