Rəisi Türkiyəyə gedəcəkbackend

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki,bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullalian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O, səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb: “Lakin Türkiyədə baş verən zəlzələ ilə əlaqədar səfər təxirə salınıb. Ümid edirəm ki, yaxın vaxtlarda prezident İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında səmərəli görüş baş tutacaq”.

Fərahim Rəhimov