TƏBİB-dən Oqtay Gülalıyevlə bağlı açıqlamabackend

TƏBİB hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı açıqlama yayıb.

“Yeni Gündəm” xəbər verir ki, TƏBİB ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün  noyabrın 16-da COVID-19 testi götürülüb. Testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib. Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya-“Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.