Dövlət Komitəsində görüş keçirilibbackend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 7-də Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təhsilini başa vuran Gürcüstan vətəndaşı olan azərbaycanlı tələbələrlə y təbriklərini çatdıran DQİDK sədri onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Məzunlara tövsiyələrini verən M.Qurbanlı bildirib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Bu səbəbdən İslam dini və onun ali dəyərlərindən siyasi məqsədlərlə istifadə edilməsinin qarşısının alınması,  dinin həmrəylik, vəhdət kimi dəyərlərinin təbliğ edilməsi olduqca aktualdır. Komitə sədri vurğulayıb ki, İslamda həmrəyliyi pozan qüvvələrə və onun əsas prinsiplərindən uzaqlaşanlara qarşı mübarizədə din xadimləri də xüsusi fəallıq nümayiş etdirməlidirlər. O, məzunların  sözügedən məqamlara xüsusi diqqət yetirəcəklərinə ümidvar olduğunu bildirərək bundan sonra dini sahədə fəaliyyətlərini Gürcüstanda davam etdirəcək gənc din xadimlərinə uğurlar diləyib.

Görüşdə iştirak edən Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev, Aİİ-nin rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov və Komitənin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova da məzunlara öz təbriklərini çatdıraraq müvafiq tövsiyələrini veriblər.

Soydaşlarımız müasir standartlar və dünya təcrübəsi əsasında təşkil edilən təhsil prosesindən məmnunluqlarını ifadə edib, göstərilən diqqətə və yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Aİİ-də təhsilin bütün pillələri dövlət sifarişi əsasında həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. Həmçinin təhsilalanlar MDTF tərəfindən ödənilən Ümummilli lider Heydər Əliyev adına, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şeyxülislam və akademik Vasim Məmmədəliyev adına təqaüdlərdən, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan yararlana bilirlər.