İlahiyyat İnstitutunun təşkil etdiyi yay məktəbi davam edirbackend

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin “Biliklərarası inteqrasiya” mövzusunda birgə təşkil etdikləri yay məktəbi davam edir.

“Yeni Gundem” xəbər verir ki, yay məktəbinin növbəti günündə Moskva Dövlət Psixologiya və Təhsil Universiteti Etnopsixologiya və polimədəni təhsilin psixoloji problemləri kafedrasının müdiri dr. Olqa Pavlova (Rusiya) “İslam psixologiyası: keçmişdə və indi. Mövzuya giriş”; “İslam psixologiyasının mənbələri: Quran, hədislər və müsəlman alimlərinin yaradıcılıqları” və “İslam psixologiyasının bugünü: praktik aspektlər” mövzularında məruzələr edib.

Olqa Pavlova məruzəsində psixologiyanın mahiyyəti, İslam psixologiyasının əhəmiyyəti, İslam psixologiyasının meydanagəlmə dövrü, İslam psixologiyasının əsasını qoyan şəxslər müasir dövrdəki vəziyyəti; nəfsanlayışı, Quran və hədislərdə nəfs məfhumu və ruhanlayışı; Quran və hədislərdə ruh və nəfsin müqayisəsi;fitrət kəlməsinin Qurani-Kərimdə işlədilməsi kimi əhəmiyyətli mövzulardan bəhs edib.