“Qoşulmama Hərəkatı ölkəmizin rəhbərliyi ilə çox aktiv və fəal dövrlərini yaşayır” – Deputatbackend

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına rəhbərliyi dövründə təşkilatın aktivliyi daha çox nəzərə çarpır. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Etiraf etmək lazımdır ki, 2019-cu ilə kimi hərəkat ancaq tədbirlər keçirməklə yekunlaşırdı.Azərbaycanın sədrliyi təşkilatın beynəlxalq nüfuzunu artıraraq , yeni hədəfləri ilə fəaliyyətini davam etdirib.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili açıqlayıb ki, təşkilatın fəaliyyətdə olan baş katibi, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər BMT tərəfindən dəstəklənərək, xüsusi iclasla keçirildi. COVİD-19 pandemiyası zamanı vaksinlərin ədalətsiz bölüşdürülməsi, peyvənd millətçiliyi kimi zəruri məsələlər Prezident İlham Əliyev tərəfindən qaldırılıb.

“Pandemiya dövründən ölkəmiz 80-dən çox ölkəyə humanitar yardımın göstərib. 44 günlük Vətən müharibəsi gedişində təşkilatın üzvü olan ölkələr Azərbaycanın haqq savaşına öz dəstəyini nümayiş etdirib. BMT-nin pisləndirici qətnamələrinin qarşısı uğurla alınıb. Cənab Prezident dünən ki, görüşdə də üzv ölkələrə bununla bağlı təşəkkürünü bildirdi. Cənab Prezident dünən ki, çıxışında Fransanın Afrikadakı müstəmləkəçilik siyasətindən də söz açdı. Prezident İlham Əliyev Fransanı həmin ölkələrdən etdiyi əməllərə görə üzr istəməyə çağırdı. Prezident çıxışında BMT TŞ-nın üzvlərinin ədalətli təşkil olunmamasından da söz açdı. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament və Gənclər şəbəkəsinin yaradılması Azərbaycanın sədrlik dövrünün mühum uğurlarından biridir. Ümumlikdə təşkilat ölkəmizin rəhbərliyi ilə çox aktiv və fəal dövrlərini yaşayır”,-deyə o qeyd edib.

“Yeni Gundem”