Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün oftalmoloji aksiya keçirilib – FOTObackend

Noyabrın 11-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində tibbi aksiya keçirib.

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən ”Yeni Gundem”-ə bildirilib ki, aksiya çərçivəsində 120 nəfər müayinə olunub. Müayinədən keçənlərdə refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb.
13 Noyabr – Gözdən Əlillər Günü münasibətilə keçirilən aksiyanın məqsədi korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkarlanması, əldə edilən nəticələrin müzakirə və həll edilməsindən ibarətdir.

Qeyd edək ki, müayinələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova və Rəvanə Həsənova tərəfindən aparılıb.