Fiziki məhdudiyyətli şəxslərin təmsilçiləri iləbir sıra görüşlər keçirilibbackend

Energetika Nazirliyində cəmiyyətin bütün təbəqələrinienerji sahəsində iştiraka təşviq etmək, həmçinin ölkənin enerji siyasəti və layihələr haqqında məlumatlandırmaq məqsədilə Azərbaycan Karlar CəmiyyətiAzərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai birliklərininnümayəndələri ilə ayrı-ayrılıqda bir sıra məsləhətləşmə görüşləri keçirilib.

Görüşrdə ictimai birlik üzvlərinin enerji sahəsində çətinlikləri ehtiyacları dinlənilib, onlara Energetika Nazirliyinin, habelə tabeli qurumlarının funksiyaları və fəaliyyəti barədə məlumat verilib, eyni zamanda enerji sahəsinə dair məlumatları eşitmə və görmə qabiliyyəti məhdud olan şəxslərə əlçatan və başadüşülən etmək üçün məsləhətləşmələr aparılıb.

Görüşlər zamanı nazirlik birliklər arasında kommunikasiya və əməkdaşlığın təkmilləşdirilməsi yollarıda müzakirə edilib. Nazirliyin və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı surdotərcümə ilə hazırlanmış bəzi videomateriallar təqdim olunub, birliklərin üzvlərinin rəy və təklifləri dinlənilib. Onların tövsiyələrini nəzərə alaraq yeni videoçarxların hazırlaması razılaşdırılıb.

İctimai birliklərin üzvlərinə töhfələrinə görə təşəkkür edilib, gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinəümid edildiyi vurğulanıb.